Açiq mənbələrdən foto.
Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib
Bakı/31.10.20/Turan: Oktyabrın 30-da gün ərzində və gecə Ermənistan Silahlı Qüvvələri müxtəlif silahlardan, o cümlədən artilleriya və raket mövqelərindən Azərbaycan ordusu hissələrini və cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrini atəşə tutub. Bu barədə şənbə günü səhər Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Döyüşlər əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Ermənistan Silahlı Qüvvələrinə qarşı cavab tədbirləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində xeyli sayda düşmən həlak olub və yaralanıb.
Gün ərzində və gecə cəbhənin müxtəlif istiqamətlərində düşmənin çoxlu sayda canlı qüvvə və hərbi texnikası, o cümlədən iki T-72 tankı, üç BMP, iki “Smerç” RZK və iki BM-21 “Qrad”, on iki müxtəlif növ top, bir “Osa” RZK, bir döyüş radioelektron stansiyası, iki ədəd avtomobil texnikası məhv edilib, məlumatda deyilir.
Saat 06.00-dan başlayaraq Ermənistan Silahlı Qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini artilleriya atəşinə tutur, Azərbaycan Müdafiə Nazirliyinin başqa məlumatında deyilir.
Hərbi qurum guya Azərbaycan ordusunun Qafan şəhəri yaxınlığında David bəy kəndi istiqamətində hərbi əməliyyatlar aparması barədə Ermənistan KİV-in yaydığı məlumatları təkzib edib.
Əslində, Azərbaycan ordusunun Qubadlı istiqamətindəki mövqelərini Ermənistan ərazisindən atəşə tutan düşmənin atəş nöqtələrinə cavab verilib.
Müdafiə Nazirliyi bəyan edib ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.
Həmçinin hərbi idarə guya Azərbaycan ordusunun fosforlu silah-sursatlar tətbiq etməsi barədə Ermənistanın iddialarını təkzib edib.
“Rəsmən bəyan edirik ki, Azərbaycan ordusunun silahlanmasında beynəlxalq hüququn qadağan etdiyi silah-sursat yoxdur. Ermənistan belə əsassız məlumatlar yaymaqla özünün dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayətlərini ört-basdır etməyə çalışır”,- Azərbaycan Müdafiə Nazirliyinin pres-relizində bildirilir.—06D-
-
- Aktual Reportaj
- 30 Oktyabr 2020 23:32
-
- Cəmiyyət
- 31 Oktyabr 2020 09:45
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz