![Azərbaycan Müdafiə Nazirliyi: ermənilər istənilən vaxt zərbə gözləməlidirlər](https://turan.az/resized/media/2016/main/050600155173-750-500-resize.webp)
Azərbaycan Müdafiə Nazirliyi: ermənilər istənilən vaxt zərbə gözləməlidirlər
Ermənistan işğal olunmuş ərazilərin azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyənə qədər Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün bərpası üçün istənilən vaxt hücuma başlaya bilər.
Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə erməni tərəfin məlumatları ilə bağlı KİV-ə şərhində deyilir.
Qeyd olunub ki, Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmzadır.
"Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər”, - nazirlikdən bildirilib.
“Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar",- Müdafiə Nazirliyinin şərhində deyilir.06D-
-
- İqtisadiyyat
- 6 May 2016 12:18
-
- Siyasət
- 6 May 2016 12:44
Siyasət
-
Cümə günü ABŞ prezidenti Donald Tramp iki ölkə arasında "mənasız" müharibəyə son qoymaq üçün gələn həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə biləcəyini və Rusiya prezidenti ilə söhbət edə biləcəyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
Rəy yaz