Azərbaycan prezidenti Aİ ilə əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini formalaşdırıb
Bakı/15.02.19/Turan: Prezident İlham Əliyev Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibini təsdiqləyib. İqtisadiyyat naziri Şahin Mustafayev yenidən komissiyanın sədri təyin edilib.
Komissiyaya Aİ-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, Prezident Administrasiyasının xarici siyasət məsələləri, qanunvericilik və hüquqi ekspertiza, hüquq-mühafizə orqanları ilə iş, aqrar məsələlər şöbələrinin müdirləri daxil olub.
Həmçinin komissiyaya fövqəladə hallar, rabitə, xarici işlər, daxili işlər, kənd təsərrüfatı, səhiyyə, təhsil, energetika, vergilər, mədəniyyət və ədliyyə nazirlərinin müavinləri daxil edilib.
Bundan əlavə, bir sıra dövlət komitələrinin, xidmətlərin rəhbərlərinin müavinləri, baş prokuroru müavini, Dövlət Təhlükəsizlik Xidməti Baş İdarəsinin rəisi və digərləri daxli olub.
Ümumilikdə, komissiyaya 40-a yaxın vəzifəli şəxs daxil olub.-06D--
-
- İqtisadiyyat
- 15 Fevral 2019 16:35
-
- Siyasət
- 15 Fevral 2019 17:01
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz