Azərbaycan prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib
Bakı/18.02.19/Turan: Bu gün prezident İlham Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə nümayəndəsi baronessa Emma Nikolsonu qəbul edib.
Görüş zamanı fevralın 20-də keçiriləcək "Cənub" qaz dəhlizi Məşvərət Şurasının növbəti iclasının önəmi vurğulanıb, Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.
Bundan əlavə, iki ölkə arasında səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.-06D--
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz