
Bakı/17.01.19/Turan: Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət başçısı Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 3 mln. manat ayırıb.
Bu addım "xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması" üçün telekanalların texniki imkanlarının genişləndirilməsinə yönəlib. -06D-
Rəy yaz