Azərbaycan prezidenti RF iqtisadi inkişaf nazirini qəbul edib
Bakı/09.02.19/Turan: Şənbə günü prezidenti İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazir Maksim Oreşkini qəbul edib. Bu barədə dövlət başçısının saytı məlumat verib.
Danışıqların təfərrüatları hələlik açıqlanmır. Lakin səfər ərəfəsində tərəflər bildiriblər ki, M.Oreşkinin Bakı danışıqlarının diqqət mərkəzində ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, dövlət başçılarının əldə etdikləri razılaşmaların icrası, Azərbaycanın RF regionları, əsasən Şimali Qafqaz regionu ilə əlaqələrinin inkişafı, həmçinn Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması məsələləri olacaq.
Bu gün Hacıqabul sənaye məhəlləsində iqtisadi əməkdaşlıq üçün imkanların genişləndirilməsinə dair müzakirələr olacaq, avtomobil zavodunun təməlqoyma mərasimi keçiriləcək. Zavodun tikintisi Azərbaycanın "Azmaş" Və Rusiyanın "Qaz-qrup" şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. -06D--
-
- İqtisadiyyat
- 9 Fevral 2019 12:01
-
- Cəmiyyət
- 9 Fevral 2019 12:13
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz