Azərbaycan Rusiyadan SU-25 və MiQ-35 təyyarələri ala bilər
Bakı/07.04.20/Turan: Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan nümayəndə heyəti Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlara baş çəkiblər. “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.
Azərbaycan nümayəndə heyətinə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə məlumat verilib.
Rusiya tərəfi Azərbaycana HHQ-yə lazımi döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduğunu bildirib.
Azərbaycanlı pilotlar Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetiriblər.
Xatırladaq ki, hazırda Azərbaycan HHQ-nin silahlanmasında Rusiyanın MiQ-25 və MiQ-29, həmçinin Su-25 və Su-24 təyyarələri var. – 02B-
Siyasət
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
-
Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) İdarə Heyətinin üzvü Hilal Məmmədov yanvarın 23-də Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib. Məmmədovun Turan-a verdiyi məlumata görə, onu Əbilovun fəaliyyəti, elmi əsərləri və nəşrləri haqqında sorğu-sual ediblər.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 180
-
- Bazarların icmalı,
- 14:22
- 187
Rəy yaz