Azərbaycan �Şərq Tərəfdaşlığı� sammitinin Bəyannaməsinin qəbuluna mane olacaq?
Brüssel/24.11.17/Turan: Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bu gün imzalanması nəzərdə tutulan Yekun Bəyannaməsinin qəbuluna mane ola bilər.
"Azadlıq Radiosu"nun məlumatına görə, Yerevan və Bakı Qarabağ münaqişəsi ilə bağlı ifadələr barədə razılıq əldə edə bilməyiblər, baxmayaraq ki, sənədin bütün qalan mətni razılaşdırılıb.
Regional münaqişələrlə bağlı bir abzas razılaşdırılmayıb. Sammit təşkilatçıları bəyannamənin qəbulunun baş tutmayacağı təhlükəsinin olduğunu düşünürlər.
"Avropa İttifaqının ciddi narahatlıqları var, belə ki, burada 2015-ci il sammitində bu məsələ ilə bağlı mübahisənin başdan sona qədər davam etdiyini yaxşı xatırlayırlar. Hətta Əliyev Yekun Bəyannaməni imzalamamağı əmr etmişdi, nəticədə sənədin qəbulu bir neçə saat təxirə salınmışdı. Bu məsələ yenə drama çevrilə bilər, bəlkə də Sarkisyan və Əliyev Qarabağ münaqişəsi ilə bağlı ifadələrə və ya onların olmamasına görə sənədi imzalamaqdan imtina edəcəklər", deyə "Azadlıq Radiosu"nun müxbiri Brüsseldən xəbər verir.
Avropalı diplomatlar anonim qalmaq şərtilə bildiriblər ki, bu dəfə Brüssel mövcud münaqişələri adbaad göstərməməyi və ümumi ifadə ilə kifayətlənməyi qərara alıb.
"Azadlıq Radiosu"nun əlinə keçən bəyannamənin ilkin variantı konkret ad göstərmədən, münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında sülh yolu ilə həlli üzrə səyləri fəallaşdırmağa çağırır.
Qeyri-rəsmi məlumatlara görə, Bakı bəyannaməyə ərazi bütövlüyü prinsipinin daxil edilməsində israr edirdi, Yerevan isə buna etiraz edib. -02D-
-
- Siyasət
- 24 Noyabr 2017 16:40
-
- Mədəniyyət
- 24 Noyabr 2017 17:37
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz