Açiq mənbələrdən foto.
Azərbaycan SQ Qarabağda erməni silahlı dəstələrinə nəzarəti gücləndirəcək
Bakı/05.11.22/Turan: Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib. Bu barədə Müdafiə Nazirliyinin noyabrın 5-də yaydığı məlumatda deyilir.
"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib", deyə məlumatda qeyd edilir.
Tədbirdə əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Müdafiə naziri qışa hazırlıq prosesinə, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinə ciddi nəzarət edilməsi barədə vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. 06D
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 14:18
- 133
Rəy yaz