Azərbaycan və Ermənistan xarici işlər nazirləri mümkün sülh müqaviləsinin elementlərini müzakirə ediblər
Bakı/08.11.22/Turan: Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib. Azərbaycan XİN-nin məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.—06D-
-
- Siyasət
- 8 Noyabr 2022 09:34
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz