Azərbaycan və Gürcüstan sərhədi bütün nəqliyyat vasitələri üçün bağlanıb
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.
Məlumatda yazılıb ki, martın 13-də Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və Giorgi Qaxariya arasında telefon danışığı olub.
Verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının razılığına əsasən, 2020-ci il martın 14-ü saat 00:00-dan etibarən 10 gün müddətində Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün bağlanması barədə qərar verilib:
“Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək”.-0-
Siyasət
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəy yaz