Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
Bakı/30.10.22/Turan: 30 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.-0-
-
- Keçmiş Sovet məkanı
- 30 Oktyabr 2022 19:36
-
- Maliyyə
- 31 Oktyabr 2022 10:40
Siyasət
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
-
Özbəkistanın Xarici Vətəndaşların Vizası və Qeydiyyatı İdarəsinin (UVVİOG) və Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin nümayəndələri biometrik ID kartların sərhəd keçidi üçün qarşılıqlı tanınması məsələsini müzakirə etmək məqsədilə onlayn danışıqlar apardılar. Görüşdə hər iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq və hüquq departamentlərinin əməkdaşları da iştirak etdilər, Dunyo xəbər agentliyi məlumat verib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Rəy yaz