
Açiq mənbələrdən foto.
Azərbaycan və RF prezidentləri koronavirus pandemiyasına qarşı mübarizəni müzakirə ediblər
Bakı/19.05.20/Turan: Rusiya Federasiyasının prezidenti Vladimir Putin dünən Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.
Telefon söhbətində dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizə sahəsində görülən işlər barədə danışıblar, ölkələrimizin sərhəd-buraxılış məntəqələrində bu istiqamətdə qarşılıqlı koordinasiya şəraitində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verib.
Azərbaycan və Rusiya arasında bütün sahələrdə strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlət başçıları eyni zamanda postpandemiya dövründə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, deyə press-relizdə bildirilir. -06D-
Rəy yaz