Azərbaycan vətəndaşları aprelin 20-dək Rusiyadan ölkəyə buraxılmayacaq
Bakı/10.04.20/Turan: Nazirlər Kabineti yanında Operativ Qərargahı Rusiyadan Azərbaycana qayıtmaq istəyən ölkə vətəndaşlarını aprelin 20-dək gözləməyə çağırıb. Sərhədlərin bağlanması barədə xəbərdarlıq öncədən elan olunsa da adamlar sərhəddə toplaşaraq nəzarət-buraxılış məntəqələrində gərginlik yaradırlar.
“Yaranmış vəziyyətlə əlaqədar Rusiyada yaşayan və Azərbaycana qayıtmaq istəyən ölkə vətəndaşlarını karantin tələblərinə riayət etməyə və aprelin 20-dək Azərbaycanın Rusiyadakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”, - müraciətdə deyilir.
“Sərhədlərin açılması barədə qərar aprelin 20-dən sonra vəziyyətin təhlili, vətəndaşların karantin məntəqələrində yerləşdirilməsi imkanları və koronavirusun yayılma dinamikası nəzərə alınaraq qəbul ediləcək” , - müraciətdə qeyd olunub.
Sərhədlərin bağlandığı müddətdə istisna kimi yalnız Azərbaycan vətəndaşlarının cənazəsinin bir yaxın adamının müşayiətilə ölkəyə gətirilməsinə icazə veriləcək (Azərbaycana daxil olduqdan sonra müşayiət edən şəxsin karantinə yerləşdirilməsilə).
Operativ Qərargah ölkə vətəndaşlarını bu tələblərə əməl etməyə və sərhəd məntəqələrində toplaşmamağa çağırır.02В-
-
- Sual-cavab
- 11 Aprel 2020 11:40
-
- Cəmiyyət
- 11 Aprel 2020 12:58
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz