Azərbaycan XİN Ermənistanın müdafiə nazirinə cavab verib
Bakı/27.02.19/Turan: Ermənistanın müdafiə nazirinin 27 il əvvəl ölkəsinin Xocalı şəhərinin dinc əhalisinin soyqırımını həyata keçirdiyi gündə hücum silahları alınması haqqında bəyanatı təcavüzkar siyasətin açıq-aşkar göstəricisidir. Bu barədə Azərbaycan XİN-in Ermənistanın hərbi idarəsinin rəhbəri David Tonoyanın çıxışına cavabında bildirilir.
"Ermənistan müdafiə nazirinin bu bəyanatı beynəlxalq ictimaiyyətə kimin həqiqətən sülh istədiyini, kimin təcavüzkar siyasət həyata keçirərək, hücum xarakterli silah əldə etdiyini açıq-aşkar göstərir", deyə XİN-in bəyanatında bildirilir.
Xatırladaq ki, Tonoyan Ermənistanın Azərbaycanın hücumunu gözləməyəcəyini və lazım bilərsə, ilk olaraq özünün hücuma keçə biləcəyini bildirib. -02D-
-
- Sual-cavab
- 27 Fevral 2019 11:08
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz