Хикмет Гаджиев
Azərbaycan XİN Gəncədəki iğtişaşlarda xarici qüvvələrin izini görüb
Bakı/11.07.18/Turan: Gəncə şəhərində iğtişaşlar təşkil etmək cəhdi və ölkədə sabitliyin pozulması Azərbaycanın inkişafının qane etmədiyi xarici qüvvələrin olduğunu göstərir.
Bu barədə bu gün Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
"Gəncədəki hadisələr göstərib ki, Azərbaycanın inkişafı təkcə Ermənistanı deyil, bəzi digər xarici qüvvələri də narahat edir", deyə o, çərşənbə günü keçirdiyi brifinqdə bildirib.
"Azərbaycan müharibə şəraitində olduğu bir vaxtda polis zabitlərinin öldürülməsi milli satqınlıqdır".
"Başqa ölkələrdə yaşayan, bu əməlləri alqışlayan və dəstəkləyən vətən xainləri xalqımız qarşısında utanmalıdır", deyə Hacıyev bildirib.
O, gəncləri "ayıq" olmağa çağırıb. -06D-
-
- Söz istəyirəm
- 11 İyul 2018 11:42
-
- Söz istəyirəm
- 11 İyul 2018 12:21
Siyasət
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəy yaz