Azərbaycan XİN rusiyalı qadınların adlarını �qara siyahı�ya daxil edəcək
Bakı/08.10.18/Turan: Rəsmi Bakının razılığı olmadan bir qrup rusiyalı qadının Dağlıq Qarabağa səfər etməsilə əlaqədar Azərbaycan XİN onların adlarını "qara siyahı"ya daxil etmək niyyətndədir.
XİN mətbuat xidmətinin bununla bağlı şərhində deyilir ki, Azərbaycanın qanunlarını kobud şəkildə pozaraq ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlar barədə məlumat araşdırılır.
"Bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcək", - şərhdə deyilir.
Xatırladaq ki, söhbət Ermənistan baş nazirinin xanımının sülhməramlı missiya ilə Qarabağa dəvət etdiyi bir qrup ictimai xadimdən gedir.
Bundan öncə rəsmi Bakı bu səfərin yolverilməz olduğunu bəyan etmişdi.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz