Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub
Bakı/02.04.20/Turan: “Bu gün Azərbaycanda daha 41 nəfər koronavirus infeksiyasına yoluxub. Bu barədə aprelin 2-də keçirilən brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
Virusa yoluxanlardan 8-nin vəziyyəti ağır, 11-nin isə orta ağırdır. Digərlərinin vəziyyəti normaldır. İ.Məmmədov gün ərzində rəqəmlərin dəyişə biləcəyini də bildirib.
O qeyd edib ki, yoluxma halları ölkə daxilində baş verir, xaricdən gətirilmir.
Rəsmi məlumata görə, ümumilikdə Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb. -0-
-
- Siyasət
- 2 Aprel 2020 12:11
-
- Makroiqtisadiyyat
- 2 Aprel 2020 12:18
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz