
Баку /23.03.20/Turan: Martın 23-də "Formula-1" üzrə Azərbaycan Qran Prisi təxirə salınıb. Bu barədə yarış təşkilatçısı olan FOM şirkəti rəsmi tvitter səhifəsində bildirilib.
Məlumata görə, 5-7 iyun tarixlərində keçirilməsi nəzərdə tutulmuş Azərbaycan Qran Prisi koronavirus pandemiyasının qlobal şəkildə yayılmasına görə təxirə salınır.
Bundan əvvəl Qran Prinin 7 mərhələsi təxirə salınıb.
Formula 1 Qran Prinin Azərbaycan mərhələsi artıq 4 ildir keçirilir.
2016-cı ildə Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb.
Yarış Bakı Şəhər Halqası motor yarışması dairəsində keçirilir. Azərbaycan Qran Prisi Formula-1 dünya çempionatının yenə də 8-ci mərhələsində yer alıb. Azərbaycan Qran Prisinin promouteri və eyni zamanda yarışın keçirildiyi şəhər treki Bakı Şəhər Halqası (BŞH) adlanır.-0-
Rəy yaz