
Bakı/17.03.20/Turan: Koronavirus pandemiyası ilə əlaqədar mayın 27-31-də Bakıda keçirilməsi planlaşdırılan kişilər arasında idman gimnastikası üzrə Avropa Çempionatı başqa vaxta təxirə salınıb.
Beynəlxalq Gimnastika Federasiyasının məlumatına görə, Bakıda keçirilməli olan bir sıra digər turnirlər - 17-19 aprelə planlaşdırılan Yana Batırşina mükafatı uğrunda bədii gimnastika turniri, habelə 24-26 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku də təxirə salınıb.
Qeyd edilən yarışların keçiriləcəyi yeni tarixlərlə bağlı aprel ayının sonlarında ətraflı məlumat veriləcək. -06D-
Rəy yaz