![Açiq mənbələrdən foto.](https://turan.az/resized/media/2022/main/102800053316-750-500-resize.webp)
Açiq mənbələrdən foto.
Azərbaycanda Ukrayna vətəndaşları üçün viza rejimi yüngülləşdirilib
Bakı / 28.10.22 / Turan: Azərbaycanda Ukrayna vətəndaşları ölkədə olma müddətini uzada biləcəklər.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov Amerikanın Səsinə deyib ki, qanunvericiliyə görə Ukrayna vətəndaşlarının ölkədə qalma müddəti 90 gündür.
“Lakin Ukraynadakı vəziyyətlə əlaqədar olaraq bu ölkədən Azərbaycana gələn vətəndaşların müraciətləri nəzərə alınır,” o qeyd edib.
Müşahidəçilər Rusiya-Ukrayna müharibəsi başlayandan sonra on minədək Ukrayna vətəndaşının Azərbaycana gəldiyini təxmin edir. Bununla yanaşı, bu ilin aprelində Dövlət Miqrasiya Xidmətinin rəsmisi bu quruma 6163 nəfər Ukrayna vətəndaşının müraciət etdiyini bildirib. Müşahidəçilər həmçinin minlərlə Ukrayna vətəndaşının Dövlət Miqrasiya Xidmətinə müraciət etmədən Azərbaycanda yaşadığı qənaətindədir.--0--
-
- İqtisadiyyat
- 28 Oktyabr 2022 15:45
-
- Maliyyə
- 28 Oktyabr 2022 15:58
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz