![Azərbaycandan Türkiyə və Rusiyaya gedənlər azalıb](https://turan.az/resized/media/2018/main/082100012597-750-500-resize.webp)
Azərbaycandan Türkiyə və Rusiyaya gedənlər azalıb
Bakı/21.08.18/Turan: Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655 min nəfərdən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin səfər etdiyi bildirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çoxdur.
Azərbaycan ən çox səfər edənlər Rusiya vətəndaşları olub - 31,5 faiz.
Yerdə qalanların 19,8 faizi Gürcüstanın, 10,3 faizi Türkiyənin, 10 faizi İranın payına düşür. Birləşmiş Ərəb Əmirliklərindən gələnlər 3,5, İraqdan gələnlər 2,4, Ukraynadan gələnlərsə 2 faiz təşkil edib.
Azərbaycana gələnlərin sayının əsasən, Körfəz ölkələri (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) hesabına artdığı bildirilir. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 3,3, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3, Bəhreyn vətəndaşlarının sayı isə 2,7 dəfə artıb.
Yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayının 7,4 faiz artaraq 65,9 min nəfər təşkil etdiyi bildirilir. MDB ölkələrindən gələnlərin sayı da artıb.
Yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının da artdığı bildirilir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım 9 faiz olub.
Azərbaycandan səfər edənlərin sayı 2 milyon 514,8 min nəfər olub.
Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 24 faizi İrana, 22,9 faizi Rusiyaya, 15,2 faizi Türkiyəyə səfər ediblər.
7 ayda İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,2, Gürcüstana səfər edənlərinsə sayı 0,9 faiz çoxalıb.
Türkiyəyə gedənlərin sayının 5,5, Rusiyaya gedənlərin sayınınsa 2,6 faiz azaldığı bildirilir.--0--
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz