
Bakı/14.02.19/Turan: Prezident İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılacaq.
Qeyd edək ki, AzTV dövlət büdcəsindən maliyyələşdirilir.-06D--
Rəy yaz