Bakı Anna Akopyanın təşəbbüsünə mane olmaq niyyətindədir
Bakı/05.10.18/Turan: Azərbaycan hakimiyyəti rusiyalı qadınların Dağlıq Qarabağa səfərinə yol verilməməsi üçün RF XİN-ə müraciət etmək niyyətindədir. Bu barədə Azərbaycan XİN mətbuat xidməti rəhbərinin səlahiyyətlərini icra edən Leyla Abdullayevanın şərhində deyilir.
Xatırladaq ki, bu təşəbbüslə Ermənistan baş nazirinin xanımı Anna Akopyan çıxış edib.
"Qadınlar sülh uğrunda" təşəbbüsündə əsas məqsəd kimi əsgər və günahsız insanların ölümünün qarşısının alınması göstərilib. Ancaq ortaya sual çıxır: Ermənistan əsgərlərinin Azərbaycan ərazisində nə işi var?
Bu gənclərin ölümünün qarşısını almaq üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır, erməni qadınlar isə öz övladlarını Azərbaycamın işğal edilmiş ərazilərinə göndərməməlidir, şərhdə deyilir.
Qeyd edək ki, Ermənistanın birinci xanımı bu yaxınlarda Moskvaya səfəri zamanı bu təşəbbüslə çıxış edib. Bundan sonra Ermənistan səfirliyi və diaspor liderləri Qarabağa belə səfər üçün namizədlər axtarmağa başladılar.-02D-
-
- İqtisadiyyat
- 5 Oktyabr 2018 15:49
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz