
Bakı elektrik qatarları qayıdır
Bakı/21.05.19/Turan: Çərşənbə axşamı Sabunçu qəsəbəsində dəmiryolu vağzalının açılışı olub. Mərasimdə dövlət başçısı İlham Əliyev iştirak edib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov şəhərətrafı elektrik qatarlarının işi barədə danışıb. İlham Əliyev elektrik qatarı ilə Sabunçudan şəhərin mərkəzinə gedib.
Tezliklə elektrik qatarlarının yenidən paytaxtın mərkəzini şəhərətrafı qəsəbələr və Sumqayıt şəhəri ilə birləşdirəcəyi gözlənilir. -02D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz