![Bakı erməni döyüşçüyə büst qoyulması ilə əlaqədar Tbilisiyə etirazını bildirib](https://turan.az/resized/media/2019/main/012400016373-750-500-resize.webp)
Bakı erməni döyüşçüyə büst qoyulması ilə əlaqədar Tbilisiyə etirazını bildirib
Bakı/24.01.19/Turan: Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana Gürcüstanın Axalkalaki bələdiyyəsi tərəfindən Buqaşen qəsəbəsində büst qoyulmasına münasibət bildirib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti bildirib.
Məlumata görə, Azərbaycanın Gürcüstandakı səfiri bu ölkənin XİN-indən görüş istəyib, görüşdə Azərbaycan tərəfin etirazını diqqətə çatdırıb.
"Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib", deyə məlumatda bildirilir.
Avaqyanın abidəsinin açılışı yanvarın 20-də olub. Mərasimdə Axalkalaki meri, yerli Sakrebulonun sədri, Gürcüstan parlamentinin deputatları Enzel Mkoyan və Samvel Manukyan və Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan iştirak edib.
Avaqyan Horadiz, Xocalı, Qadrut və Füzulidə hərbi əməliyyatlarda iştirak etmiş "qəhrəman" kimi təqdim edilib. O, Horadiz (Azərbaycanın Füzuli rayonu) uğrunda döyüşlər zamanı ölümcül yaralanıb.
Beləliklə, Avaqyan Azərbaycan ərazilərinin işğalının fəal iştirakçısı olub. Buna görə onun abidəsinin quraşdırılması Azərbaycanın ərazi bütövlüyünü tanıyan Gürcüstanın dövlət siyasətinə ziddir. -06D-
-
- İqtisadiyyat
- 24 Yanvar 2019 15:41
-
- Makroiqtisadiyyat
- 24 Yanvar 2019 15:55
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz