Bakı məhkəməsinin azad etdiyi türk oğurlanıb və Türkiyəyə aparılıb
Bakı/13.07.18/Turan: Türkiyənin kəşfiyyat xidməti (MİT) Fətullah Gülənin hərəkatına qarşı aparılan araşdırma çərçivəsində Azərbaycan və Ukraynada iki Türkiyə vətəndaşının saxlanıldığını bildirib.
Türkiyə KİV-lərinin məlumatına görə, xüsusi xidmətlər Gülənin iki tərəfdarını bu ölkələrdən çıxardıb, amma Türkiyə kəşfiyyatının əməliyyatı həyata keçirərkən əməllərini bu ölkələrin hakimiyyəti ilə razılaşdırıb-razılaşdırmadığı bildirilmir. Anadolu agentliyinin məlumatına görə, Azərbaycanda saxlanılan İsa Özdemir Gülən tərəfdarı kimi axtarışda idi, Türkiyə hakimiyyəti onu 2016-cı ilin iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdində ittiham edir.
Onların məhz nə vaxt saxlanıldığı və təqsirləndirilən şəxslərin nə vaxt Türkiyəyə aparıldığı bildirilmir.
Mövcud məlumata görə, Özdemir Türkiyə hakimiyyətinin tələbi ilə Bakıda saxlanılıb, amma Bakı Ağır Cinayətlər Məhkəməsi onu məhkəmə zalında həbsdən azad edib və onu Türkiyəyə təhvil verməkdən imtina edib. Amma bundan dərhal sonra o, yoxa çıxıb və yaxınlarının iddiasına görə, oğurlanıb.
Özdemir Bakı Dövlət Universitetinin məzunudur, 20 ildən çox Azərbaycanda yaşayıb. O, inşaat biznesində işləyib, "Avro 2000" özəl şirkətini yaradıb. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz