Bakı meriyası müxalifətin aksiya keçirməsinə icazə verib
Bakı/03.10.19/Turan: Paytaxt meriyası Milli Şura tərəfdarlarına oktyabr 8-də saat 15:00-dan 16:00-dək şəhər administrasiyasının binasının yanında piket keçirməyə icazə verib. Bu barədə meriyanın aksiya təşkilatçılarının müraciətinə cavabında bildirilir.
Xatırladaq ki, müraciət müəllifləri meriyanın şəhər içində mitinq keçirməyə qadağa qoymasına və mitinqləri paytaxtdan kənarda keçirmək təklifinə etiraz etmək niyyətindir.
Meriyanın cavabından məlum olur ki, piketin meriyanın binası ilə İqtisad Universitetinin arasındakı yerdə keçirilməsinə icazə verilib. Təşkilatçılar qanun-qaydaya əməl etməyə çağırılıb. Bu o deməkdir ki, aksiya iştirakçılarının sayı məhdud olmalıdır.
Aksiyanın təşkilatçılarından biri Fuad Qəhrəmanlı meriyanın cavabını "müxalifətin kiçik qələbəsi" adlandırıb.-02D-
-
- Siyasət
- 3 Oktyabr 2019 17:51
-
- Böyük Şərq
- 3 Oktyabr 2019 18:29
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz