BƏƏ şirkəti �Karabakh Telecom� şirkəti ilə rominq razılaşmasını ləğv edib
Birləşmiş Ərəb Əmirliklərinin mobil operatoru "Etisalat"ın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" ilə rominq razılaşması ləğv edilib. Azərbaycan XIN mətbuat xidmətinin məlumatında deyilir.
Ermənistan Beynəlxalq Telekommukasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, "Karabakh Telecom" BTİ-nin E.212 saylı təlimatını pozaraq, "283" ölkə üzrə mobil kodunu və "04" mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.
Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində "Karabakh Telecom" şirkətinin də adı hallanır.
Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq, - məlumatda qeyd olunur.
-
- Siyasət
- 25 İyun 2018 16:51
-
- İqtisadiyyat
- 25 İyun 2018 17:07
Siyasət
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Rəy yaz