Bəxtiyar Hacıyev 29 saylı seçki dairəsində nəticələrin ləğvinə təkid edir
Bakı/19.02.20/Turan: Ötən gün MSK deputatlığa namizəd, ictimai fəal Bəxtiyar Hacıyevin 29 saylı Səbayel seçki dairəsində pozuntulara dair şikayətinə baxıb. İlkin məlumatlara görə, bu dairədə bitərəf namizəd Nigar Arpadarai liderdir.
B.Hacıyev öz Facebook səhifəsində N.Arpadarainin xeyrinə səsvermənin saxtalaşdırıldığını sübut edən çoxsaylı videolar yerləşdirib.
“Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Ramiz İbrahimov fevralın 17-də axşam məni dəvət etdi və dedi ki, protokollara Dairə Seçki Komissiyasında mənim iştirakım ilə baxılacaq. Lakin fevralın 18-də bildirdi ki, protokollar araşdırılıb və mənim iştirakıma ehtiyac olmayıb”, - B.Hacıyev Facebook-da yazıb.
Öz növbəsində MSK üzvü R.İbrahimov fevralın 18-də keçirilən iclasda bildirib ki, 25 seçki məntəqəsində protokollar üzrə araşdırma aparılıb. Yalnız 9 məntəqədə sənədlər protokolların orijinalı olub. R.İbrahimov hesab edir ki, 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələrdə nəticələrin ləğvi üçün əsas var.
B.Hacıyev bununla razılaşmayıb və əlavə sübutlar təqdim edib.
18 fevralın iclasının nəticələri ilə bağlı MSK-nın rəsmi məlumatda bildirilir ki, 29 saylı Səbayel seçki dairəsində 1, 5, 9, 11, 17 və 25 saylı məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb.–06D--
-
- İqtisadiyyat
- 19 Fevral 2020 12:40
-
- İqtisadiyyat
- 19 Fevral 2020 13:29
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz