Brüsseldə �Şərq tərəfdaşlığı� sammiti açılıb
Brüssel /24.11.17/Turan: Aİ ölkələri və "Şərq tərəfdaşlığı"na daxil olan 6 ölkənin dövlət və hökumət başçıları bu gün Brüsseldə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Onlar həm də 2015-ci il Riqa sammitindən sonra əldə olunan nəticələrə yekun vuracaqlar. "Şərq tərəfdaşlğı" ölkələri vətəndaşlarının əldə etdikləri imtiyazlara xüsusi diqqət yetiriləcək.
Aİ-nin "Şərq tərəfdaşlığı"na yanaşması nəticələrə yönəldilib. Bununla əlaqədar Aİ 20 əsas vəzifəni müəyyən edib ki, bunlar da 2020-ci ilədək həyata keçirilməlidir. Bu məqsədlərdən əsasına Brüssel sammiti zamanı nail olunmalıdır.
2015-ci ildə Riqada "Şərq tərəfdaşlığı" sammiti zamanı dörd əsas əməkdaşlıq istiqaməti müəyyən edilib:
1. İqtisadiyyatın möhkəmləndirilməsi: iqtisadi inkişaf və bazar imkanları;
2. İdarəetmənin gücləndirilməsi: institutların möhkəmləndirilməsi və sağlam idarəetmə;
3. Əlaqələrin gücləndirilməsi: çatımlılıq, enerji effektivliyi, ətraf mühit və iqlim dəyişikliyi;
4. Cəmiyyətin möhkəmləndirilməsi: mobillik, insanlar arasında ünsiyyət.
Bundan əlavə, bütün sahələrdə təşkilatın geniş dairələri ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı fəaliyyət yaradılır. Bu birgə iş gender bərabərliyinə və diskriminasiyaya qarşı mübarizəyə yardım edir.
Bütün istiqamətlər üzrə strateji kommunikasiyalar daha aydın və fərdi xarakter alır.
Sammitdə Azərbaycan nümayəndə heyətinə prezident İlham Əliyev rəhbərlik edir.-02D-
-
- Cəmiyyət
- 24 Noyabr 2017 15:05
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz