Açiq mənbələrdən foto.
Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında 9 kənd azad edilib
Bakı/30.10.20/Turan: Son gün gedən döyüşlər zamanı Azərbaycan SQ Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli və Xubyarlı, Zəngilan rayonunun Aladin və Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər və Mollalı kəndlərini işğaldan azad ediblər.
Bu barədə dövlət başçısı İ.Əliyev oktyabrın 30-da saat 15-də öz Tvitter hesabında yazıb. -02D-
-
- İqtisadiyyat
- 30 Oktyabr 2020 15:01
Siyasət
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
-
Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında müzakirə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
Rəy yaz