Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub
Bakı/27.04.21/Turan: Cari ilin 27 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Siyasət
-
Azərbaycan islahatların həyata keçirilməsi zamanı Avropa Şurasının dəstəyindən faydalanıb və Strasburq bunu etmək üçün Azərbaycanı təşviq etməyə davam etmək. Bu barədə yanvarın 29-da Lüksemburqun baş naziri Lyük Friden Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edərkən bildirib.
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
Rəy yaz