Ceyms Uorlik: «Prezidentlərin növbəti görüşünün vaxtını və yerini müzakirə edəcəyik»
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda və Yerevanda iki ölkə prezidentinin görüşünün yerini və vaxtını müzakirə edəcək. Minsk Qrupunun həmsədrləri iki ölkə arasında dialoqun intensivləşməsinə kömək edir. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Bakıda Azərbaycan Dillər Universitetində keçirdiyi mətbuat konfransında bildirib.
Onun fikrincə, sülh vaxtı gəlib çatıb. “Nə edilməlidir? Dağlıq Qarabağ münaqişəsi münaqişə formatında qalmalıdır? Biz istəyirik ki, tərəflər öz mövqelərinə baxıb münaqişəni sülh yolu ilə həll etsinlər. Hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Biz səbirlisizliklə prezidentlərin görüşünü gözləyirik. Ümid edirik ki, prezidentlərin növbəti görüşündən sonra danışıqlarda irəliləyişlə bağlı məlumatları sizinlə bölüşəcəyik”, - səfir Uorlik jurnalistlərin çoxsaylı suallarına cavab verib.
C.Uorlik münaqişədə danışıqların formatı və elementlərindən danışarkən deyib ki, işğal olunmuş ərazilər qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə edilməsi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil.
“İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması münaqişənin nizamlanması üçün danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaratma qüvvələrinin yerləşdirilməsi də ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Biz bunu qiymətləndiririk. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, - Uorlik qeyd edib.
Amerikalı həmsədrin fikrincə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin davamlı həlli üçün yaxşı imkanlar yaranıb.
“Həmsədrlərin prezidenlərlə müzakirə edəcəyi çox maraqlı fikir və ideyalar var. Biz səfərimiz zamanı bu fikir və ideyaları prezidentlərlə müzakirə edəcəyik”, - o vurğulayıb.
“Rusiya və ABŞ-ın müxtəlif məsələlərdə , o cümlədən regional münaqişələrdə aralarında ciddi fikir ayrılıqları olduğu halda Dağlıq Qarabağ münaqişəsində mövqelərində yaxınlıq gözləmək mümkündürmü? sualının cavabında səfir Uorlik deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ABŞ və Rusiya sadiqdir.
“Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Moskvada olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bizim Rusiya ilə münaqişənin sülh yolu ilə bağlı paylaşdığımız eyni bir hədəf var”, - o qeyd edib.
C.Uorlik “Amerikanın səsi”nin dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin hazır olmaması və prezident İlham Əliyevin ona cavabı ilə bağlı sualına cavabda deyib ki, Con Kerri tərəflərlə işləyərək münaqişənin həllinə dəstəyini nümayiş etdirib. O, Con Kerrinin tərəflərlə keçirdiyi görüşləri sadalayıb.
“Prezident Əliyev və prezident Sarkisyan münaqişənin həlli ilə bağlı üzərlərinə öhdəlik götürməli və irəliləməlidirlər. Mən şəxsən prezident Əliyevlə danışmışam. O bildirib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqdir və Ermənistan prezidenti ilə görüşə hazırdır”, - o qeyd edib. -03C-
-
- İqtisadiyyat
- 22 Oktyabr 2016 13:20
-
- Söz istəyirəm
- 22 Oktyabr 2016 13:29
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz