
Bakı/03.04.20/Turan: Ötən gün Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 6 nəfər sağalıb. Bu barədə cümə günü Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib.
Mənbənin məlumatına görə, xəstəliyə yoluxan şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, onlardan 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. -16D
Rəy yaz