Daha bir AXCP fəalı dindirilib (YENİLƏNİB)
AXCP təşkilat şöbəsinin müdiri Saqif Qurbanov cümə axşamı Baş Prokurorluğun Ağır Cinayət İşlərinə dair İdarəsində üç saat dindirilib. Müxalifətçini onun hüquqi nümayəndəsi Namizəd Səfərov müşayiət edib.
N.Səfərov Turan-a bildirib ki, S.Qurbanov CM-in 320-ci maddəsi - “Rəsmi sənədlərin, dövlət mükafatlarının, möhürlərin, ştampların, blankların saxtalaşdırılması, hazırlanması və satışı və ya saxta sənədlərdən istifadə” ilə başlanmış cinayət işi üzrə şahid kimi dindirilib.
Cinayət işi guya Azərbaycan vətəndaşlarının saxta sənədlərlə Avropada sığınacaq alması barədə İnternetdə yayılan məlumatlar əsasında qaldırılıb.
N.Səfərov istintaqın hərəkətinin qanuniliyini şübhə altına alıb.
Onun sözlərinə görə, cinayət işi həmin şəxsə qarşı qanunsuz hərəkətlərin törədilməsi haqda şikayət əsasında başlayır.
İndiki halda belə bir şey yoxdur. “Ən azı bu barədə bizə heç nə məlum deyil. Biz başa düşdük ki, İnternetdən bir neçə mətnin səhifəsi götürülüb və çap edilib. Bunun əsasında cinayət işi başlayıb. Məlum olub ki, cinayət işi ötən ilin sonlarında başlayıb”, - N.Səfərov bildirib.–0--
* * *
2017 Aprel 21 (Cümə) 01:09:23
AXCP sədr müavinin prokurorluqda dindirilməsi 5 saatda çox çəkib
Bakı/20.04.17/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı cümə axşamı Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər İdarəsində beş saatdan çox dindirilib.
O, idarəyə vəkilsiz gedib. Turan-ın müxbiri ilə söhbətində Bayramlı deyib: “Prokurorluqdan gələn bildirişdə deyilirdi ki, məni guya xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağırıblar.
Bu ittiham böhtan və AXCP-yə növbəti təzyiq cəhdidir. Partiyamız heç vaxt heç kimə saxta arayış verməyib. Mən bizim hakimiyyətdən hər şey, hətta həbsimi də gözləyirəm, amma bu, məni qorxutmur. Bir çox partiya üzvlərimiz həbs olunub. Mənim onlardan heç bir üstünlüyüm yoxdur”.
Bayramlı İdarədən çıxarkən də bildirib ki, cinayət işi açılıb və o, şahid qismində işə cəlb olunub: “Mənə saxta arayışları göstəriblər, onların verildiyi şəxslərin kimliyi barədə soruşublar. Bundan başqa, mənim imza nümunəmi götürüblər. Hesab edirəm ki, bu iş tamamilə saxtalaşdırılıb.
Bu yaxınlarda hakim partiyanın nümayəndəsi Siyavuş Novruzov Əli Kərimlini korrupsiyada ittiham edib və araşdırma başlamağı xahiş edib. Aydındır ki, cinayət işi bununla bağıdır. Mən bildirdim ki, biz özümüz saxta arayışlar barədə işin araşdırılmasında maraqlıyıq ki, bunu bizim partiyamızla əlaqələndirməsinlər. Biz bu məsələ ilə bağlı əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Mənə qarşı heç bir təzyiq olmayıb, deyiblər ki, zərurət yaranarsa, yenidən çağıracaqlar”, deyə Bayramlı əlavə edib. -0-
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Human Rights Watch (HRW) təşkilatının icraçı direktoru Tirana Həsənə açıq məktub göndərərək, bu qurumun ölkədə insan hüquqları vəziyyəti ilə bağlı son hesabatına dair narazılığını ifadə edib.
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
Rəy yaz