![Daha bir partiya parlament seçkilərində iştirakının mümkünlüyünü müzakirə edir](https://turan.az/resized/media/2019/main/120900023583-750-500-resize.webp)
Daha bir partiya parlament seçkilərində iştirakının mümkünlüyünü müzakirə edir
Bakı/09.12.19/Turan: Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının iclasında VİP-in parlament seçkilərdə iştirakı məsələsi müzakirə olunub.
Partiya sədri Əli Əliyev parlamentin buraxılmasını və erkən seçkilərin təyin olunmasını şərtləndirən amilləri təhlil edib. Bu barədə VİP mətbuat xidmətinin məlumatında deyilir.
Yenilənmə və islahatları bəyan edən hakimiyyət hələ də növbədənkənar parlament seçklərinin demokratik olacağına zəmanət verməyib.
VİP Siyasi Şurasının üzvləri seçkilərdə iştirak, yoxsa boykot məsələsini müzakirə ediblər.
Bu məsələ ilə bağlı yekun qərar dekabrın 15-də VİP Məclsinin iclasında qəbul ediləcək.–06D-
Siyasət
-
Fevralın 6-da ABŞ Konqresinin 20-yə yaxın üzvü Xarici Əlaqələr Komitəsinə qətnamə təqdim edib və Azərbaycan hakimiyyətindən Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir.
-
Turan İnformasiya Agentliyinin Təkzibi
-
7 fevral 2025-ci il tarixdə Azərbaycan – Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutmuşdur.
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
Rəy yaz