Deputatlığa namizəd seçicilərə təzyiqin olduğunu bildirir
Bakı/30.01.20/Turan: 94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizəd, Müsavat Partiyasının nümayəndəsi Dadaş Əhmədli bildirib ki, onun xeyrinə təşviqat aparan yerli sakinlərə təzyiq edilir.
O bildirib ki, Ləmbəran kəndində onun xeyrinə təşviqat aparan beş yerli sakinin çəpərləri yandırılıb.
Namizəd güman edir ki, bunu yerli icra strukturlarının nümayəndələri ediblər.
Çəpərin ümumi uzunluğu 600 metrdir.
“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, prokurorluğa, Dairə Seçki Komissiyasına və MSK-ya şikayət edəcəyik. Bu mənə təzyiqdir, seçicilərə qarşı cinayətdir”, - D.Əhmədli Turan-a bildirib.
Bərdə Rayon İcra Hakimiyyətindən və Dairə Seçki Komissiyasından şərh almaq mümkün olmayıb.
Turan agentliyi digər əlaqədar tərəflərin də mövqeyini təqdim etməyə hazırdır.06D-
Siyasət
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
Rəy yaz