Deputatlığa namizəd və müşahidəçi Nardarana girişdə problemlərlə üzləşiblər
Bakı/07.02.20/Turan: 28 saylı Sabunçu 3-cü seçki dairəsindən deputatlığa namizəd Zemfira Hüseynova və MSK-da bütün ölkə üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş hüquq müdafiəçisi Elşən Həsənov Nardaran qəsəbəsinə girişdə maneələrlə üzləşiblər.
"Bizi polis saxladı və Nardarana buraxmır. Onlar harasa məruzə edirlər. Biz hər dəfə - seçicilərdən imza toplayarkən, təşviqat materialları yayarkən də belə maneələrlə qarşılaşmışıq. Sabah seçkiqabağı təşviqat başa çatır. Buna görə plakatlarımın vaxtından əvvəl stendlərdən yığışdırılıb-yığışdırılmadığını yoxlamaq qərarına gəldim", deyə Hüseynova Turan agentliyinə bildirib.
Həsənov öz növbəsində bildirib ki, bütün ölkə üzrə müşahidəçi statusuna malikdir və istənilən dairə və məntəqəyə maneəsiz gedə bilər.
Sonradan onlar hamısı qəsəbəyə buraxılıblar.
"40 dəqiqə sonra bizi qəsəbəyə buraxıblar. Bu zaman maşınımızı diqqətlə yoxlayıblar və sonra qəsəbədə biz seçki dairələrinə gedərkən ağ "cip" bizi izləyib", deyə Həsənov bildirib.
O, polisin əməllərini qanunsuz adlandırıb və bu əməllərdən şikayət verəcəyini bildirib.
Nardarana giriş məhdudiyyətləri 2015-ci il noyabrın 26-da qəsəbədə "Müsəlman Birliyi" hərəkatının liderlərinin saxlanılması məqsədilə keçirilən xüsusi əməliyyatdan sonra tətbiq edilib. –06B-
-
- Maliyyə
- 7 Fevral 2020 14:59
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz