руководитель межпарламентской группы дружбы Россия-Азербайджан Дмитрий Савельев
Dmitri Savelyev Konstantin Zatulinə cavab verdi
RF Dövlət Dumasının deputatı,Azərbaycan-Rusiya parlaemtlərarası qrupun rəhbəri Dmitri Savelyev Xocalı faciəsində iştiraka görə rusiyalı parlamentariləri qınayan Konstantin Zatulinə cavab verib.
"Bizim deputatlar Rusiya-Azərbaycan əməkdşalığını möhkəmləndirmək üçün Bakıda keçirilən "Ümumi gələcəyi qurmaq, 2mumi kemişi axtarmaq və ümumi gələcəyi inkişaf etdirmək" mövzusunda konfransa dəvətli idik.Sabahı gün isə Xocalı soyqırımının 27-ci ili ilə bağlı Ümumxalq yürüşü oldu. Bu rəsmi dövlət tədbiridir, mən də fəxr edirəm ki, Prezident İlham Əliyevlə bir sırada addımlayırdım", D.Savelyev şərhində belə deyir.
"Biz "Ana Harayı"" abidəsi önünə gül dəstələri qoyduq. Yürüş iştirakçıları əllərində "Xocalını unutma!", "Xocalıya Ədalət!" şüarları tutmuşdular. Bütün bu şüarları cənab Zatulin erməni əleyhinə olan şüarlar sayır?
"Mən və həmkarlarım hesab edirlər ki, Xocalı faciəsi dəhşətli şər əməldir və
Xocalıda öldürülən hər uşaq Azərbaycanın gələcəyinin bir parçasının öldürülməsi deməkdir. Mənə görə, bie sıra ekspertlərə görə də Xocalı qırğınında soyqırım əlamətləri var və bu barədə KİV-lər də yazıb, Dövlət Dumasının binasında da danışılıb. Bu barədə təkcə mən belə düçünmürəm. Bu mənada Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini İrina Rodninanın dediklərini nümunə göstərmək istəyirəm: "Xocalı facisi təkcə Azərbaycanın faciəsi kimi qlamamlıdır. Rsuiyanın və digər ölkələrin insanları tərəfindən anlaşılmalıdır". Mən görürəm ki, ölkələr bir-birinin ardınca Xocalıdakı cinayətləri tanıyırlar, bunu qanunauyğun sayıram: gec və ya tez ədalət qalib gələcək, kimlər ki, bu hadisədə günahkardır, müttəhimlər kürsüsündə əyləşəcək.
Qəribə hadisələrlə bağı cəNAB Zatulinə suallarım var. Mən Moskvada Zatulinin bitrbaşa iştirakı ilə keçirilən "Lazarev Klubu"nun iclasını və orada Azərbaycanın işğal olunmuş ərazilərində yaranmış "Artsax Respublikası "iqtisadiyyat və istehsal infrastrukturu nazirinin iştirakını nəzərəd tuturam.
Cavab verin zəhmət olmasa belə hərəkətlər Rusiyanın Dağlıq Qarabağ münaqişəsində oynadığı vasitəçi fahksiyasına nəqədə utğundur? Bu addımı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edən dövlətimizin
addımı ilə necə uzlşadırmaq olar? Belə fəaliyyət Rusiya-Ermənistan çatısı altında Azərbaycanla Rusiya münasibətlərinə əngəl olmaq deyilmi?", D.Savelyev belə bildirib.--0--
-
- Siyasət
- 8 Mart 2019 13:53
Siyasət
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
-
Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 250
Rəy yaz