Dövlət Katibinin Enerji Məsələləri üzrə Köməkçisinin Müavini Bakıya səfəri
Bakı/21.02.19/Turan: Birləşmiş Ştatların Dövlət Katibinin Enerji Məsələləri üzrə Köməkçisinin Müavini Sandra Oudkirk Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində yer alan nazirlərin beşinci toplantısında iştirak etmək və həmçinin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirmək üçün Azərbaycana səfər edib. Dövlət Katibinin Köməkçisinin Müavini Oudkirk keçirilən toplantını Cənub Qaz Dəhlizinin başa çatdırılması istiqamətində əldə olunan irəliləyişin vurğulanması üçün bir fürsət oduğunu demiş və sözügedən vacib layihə vasitəsilə 2020-ci ildə ilk qazın İtaliya və Yunanıstana çatdırılmasıda dair gözləntilərini paylaşmışdır. Dövlət Katibinin Köməkçisinin Müavini Oudkirk xatırlamışdır ki, Cənub Qaz Dəhlizi layihəsinə dair ilk təkliflər edilən zaman Birləşmş Ştatlar sözügedən layihənin həm Xəzər bölgəsinə daha çox iqtisadı mənfəət gətirməsi üçün həmdə Avropanın enerji təchizatının diversifikasiyasında oynadığı vacib rolu dərk edirdi.
Bakıda olduğu vaxt Dövlət Katibinin Köməkçisinin Müavini Oudkirk Prezident İlham Əliyev, Dövlət Neft Şirkəti SOCAR-ın Vitse Prezidenti Elşad Nəsirov, Energetika Naziri Pərviz Şahbazov və həmçinin Cənub Qaz Dəhlizi və TAP layihələrinin inşası və istismarında iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirmişdi. -0-
-
- Cəmiyyət
- 21 Fevral 2019 10:14
-
- İqtisadiyyat
- 21 Fevral 2019 13:25
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz