Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Prezident Administrasiyasına rəhbərlik edəcək
Bakı/01.11.19/Turan: Azərbaycan prezidentinin 1 noyabr tarixli sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyasının yeni rəhbəri təyin edilib. Bundan öncə o, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə rəhbərlik edib.
S.Nuriyev 1975-ci il martın 9-da Bakıda anadan olub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini mühəndis-iqtisadçı ixtisası üzrə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək beynəlxalq inkişaf siyasəti üzrə magistr dərəcəsi alıb.
1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.
2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin edilib.
2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin idarənin rəisi vəzifəsinə təyin edilib.
2016-cı il aprelin 12-də ölkə prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə, 2018-ci il-ci il fevralın 14-də isə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Həmin il aprelin 21-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib.
2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, Yeni Azərbaycan Partiyasının üzvüdür. —06D-
-
- Cəmiyyət
- 1 Noyabr 2019 09:59
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz