![Dövlət Sərhəd Xidmətində yeni generallar](https://turan.az/resized/media/2018/main/081600012516-750-500-resize.webp)
Dövlət Sərhəd Xidmətində yeni generallar
Bakı/17.08.18/Turan: Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
General-mayorlar Əsgər Xəlilov və Əfqan Nağıyevin rütbəsi general-leytenat rütbəsinə yüksəldilib.
Polkovniklər Azər İbrahimov, Ayaz Hüseynov və Rəsul Tağıyev general-mayor olub.
Dövlət başçısı böyük bir qrup sərhədçini orden və medallarla təltif edib.
Bu zaman prezident Dövlət Sərhəd Xidmətinin rəhbərini 1-ci dərəcəli "Vətənə Xidmətə görə" ordeninə layiq görüb.
Sərhəd Xidmətinin bir qrup işçisinə də "Əməkdar artist", "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar bədən tərbiyyəsi və idman xadimi", "Əməkdar mühəndis", "Əməkdar tibbi işçi" fəxri adları verilib.
Dövlət başçısının sərəncamları Azərbaycanda avqustun 18-də qeyd edilən sərhədçilərin peşə bayramına həsr edilib. -06D-
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz