
Dunya Miyatoviç: Mirqədirovun işi Azərbaycand vəziyyətin nə dərəcədə pis olduğunu təsdiq edir
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu gün məşhur Azərbaycan jurnalisti Rauf Mirqədirov barəsində hökmü pisləyib.
O, öz bəyanatında qeyd edib ki, bu hökm Azərbaycanda söz azadlığı və məhkəmə sistemi sahəsində vəziyyətin ciddiliyini göstərir.
Hələ apreldə Miyatoviç hakimiyyətə jurnalistə qarşı ittihama ədalətli baxmaq çağırışı ilə müraciət edib, lakin bu, baş verməyib.
“Mirqədirovun mühakimə edilməsi Azərbaycanda mətbuat sahəsində hadisələrin daha bir narahatlıq doğuran inkişafıdır”, deyə bəyanatda qeyd edilir. -02D-
-
- Sual-cavab
- 29 Dekabr 2015 17:59
-
- İqtisadiyyat
- 29 Dekabr 2015 20:19
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz