Düşmənin daha iki “Smerç” qurğusu məhv edilib
Bakı/30.10.20/Turan: Azərbaycan SQ cümə günü Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə atəş açan Ermənistan silahlı qüvvələrinə məxsus daha iki “Smerç” raket sistemini aşkar edərək, məhv edib, bu barədə oktyabrın 30-da axşam saatlarında Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib, deyə Müdafiə Nazirliyinin məlumatında qeyd edilir. -02D-
-
- Siyasət
- 30 Oktyabr 2020 20:08
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz