Artur Rasizadə. azertag.az
Ekspertlər Artur Rasizadənin söylədiklərinə inanmırlar
Bakı/16.03.18/Turan: Cümə günü baş nazir Artur Rasizadə hökumətin illik hesabatını parlamentə təqdim edib. Lakin o, öz hesabatında diqqəti ötən ilin yox, son 14 ilin iqtisadi göstəriciləri üzərində cəmləşdirib.
Bu dövrdə ölkədə ÜDM 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə, adambaşına düşən gəlir 7,2 dəfə, əməkhaqqı 6,8 dəfə artıb.
Yoxsulluğun səviyyəsi 44,7%-dən 5,4%-ə enib.
Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ildə 42 mlrd. dollara çatıb.
Son 14 ildə ölkədə 1 mln. 900 min iş yeri açılıb.
A.Rasizadə bildirib ki, neft-qaz sahəsində əldə edilən uğurlar digər sahələrin də inkişafına yardım göstərib.
Sosial inkişafa toxunan baş nazir qazlaşdırmanın 51%-dən 93%-dək artdığını qeyd edib.
Müzakirələr zamanı deputat Əli Məsimli diqqəti bank sektorunun problemlərinə, əsasən yüksək kredit faizlərinə yönəldib. Onun sözlərinə görə, problemli kreditləri tənzimləmədən bank sektorunu sağlamlaşdırmaq mümkün olmayacaq.
Devalvasiyaya qədər dollarla verilmiş kreditlərin qaytarılması problemini onları dövlət, Mərkəzi Bank, kommersiya bankları və kredit götürənlərin özləri arasında bölməklə həll etmək olar.
Müakirələrin yekunlarına əsasən deputatlar hökumətin hesabatını qəbul ediblər.
A.Rasizadənin çıxışını şərh edən iqtisadçı ekspert Nemət Əliyev deyib ki, ÜDM artımı neftin qiymətinin yüksək olması sayəsində təmin edilib. Ancaq son 3-4 ildə neftin dünya qiymətinin enməsi səbəbindən ÜDM 2 dəfə azalaraq 75 mlrd. dollardan 35 mlrd. dollara enib.
Onun fikrincə, hökumət davamlı inkişafı təmin etməyib. O həmçinin son 14 ildə 1 mln. 900 min iş yerinin açılması ilə bağlı A.Rasizadənin məlumatını şübhə altına alıb.
"Əgər hökumətə inansaq, deməli, iş ilə təkcə əmək qabiliyyətli insanlar yox, həm də məktəblilər təmin edilib. Digər tərəfdən, hökumət bağlanan iş yerlərinin sayı barədə susur",- N.Əliyev qeyd edib.
O, yoxsulluğun 5%-dək azaldılması barədə fikirlərə də inanmır.
Hökumətin rəsmi məlumatları əsasında müəyyən edilib ki, yoxsulların sayı 1 mln. nəfərə çatır.
2017-ci ildə əhalinin gəlirlərinin 3% artmasına gəlincə, rəsmi məlumatlara görə, qiymət artımı da 5% təşkil edib. "Ancaq reallıqda qiymət artımı 20%-dir, odur ki, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılmasından danışmağa dəyməz", - ekspert bildirib.
O, sahibkarların sıxışdırılmasının davam etdiyini, əlverişli investisiya mühitinin olmadığını deyib.-06D--
-
- İqtisadiyyat
- 16 Mart 2018 16:15
-
- İqtisadiyyat
- 16 Mart 2018 17:01
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz