Əli Həsənov vaxtilə Heydər Əliyevi tənqid edən şəxsi dəstəklədiyini etiraf etmir
Bakı/28.10.19/Turan: Dünən sosial şəbəkələrdə 30 il əvvəlki nəşr dərc edilib. Bu yazıda dövlət başçısının köməkçisi Əli Həsənov o vaxtki Azərbaycan lideri Əbdürrəhman Vəzirovun “məqsədyönlü fəaliyyətinə dərin dəstəyini” ifadə edir.
Qeyd etmək lazımdır ki, Vəzirovun bu fəaliyyəti ilk növbədə Heydər Əliyevin vaxtilə yol verdiyi nöqsanların və pozuntuların ifşasına yönəlmişdi. Aralarında Əli Həsənov da olan MDU tələbələrinin bu kollektiv məktubu ortaya çıxdıqdan sonra Həsənov nəzarəti altında olan KİV-lərə izahat vermək məcburiyyətində qalıb.
Həsənovun izahatından belə çıxır ki, 1990-cı ildən etibarən inam və həqiqətlə Heydər Əliyevə, indi isə İlham Əliyevə xidmət edir.
Vaxtilə Vəzirovun ünvanına belə bir məktubu niyə imzaladığını izah etməyən Həsənov bu cür nəşrləri siyasi rəqibləri tərəfindən yayılan “nüfuzdan salan materiallar” adlandırır.
Əli Həsənov geniş müraciətində hər şey haqqında uzun-uzun və sıxıcı şəkildə danışır, yalnız vaxtilə səhvə yol verməsindən başqa. -02D-
-
- Siyasət
- 28 Oktyabr 2019 17:14
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz