Zəngilan Hava Limanı
Əliyev və Erdoğan Zəngilanda hava limanının açılışında iştirak edib
Bakı/20.10.22/Turan: Oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
İlham Əliyev və Recep Tayyip Erdoğan qırmızı lenti kəsiblər və onlara hava limanının rəmzi açarları təqdim edilib.
Dövlət başçıları həmçinin Zəngilanda aqrar parkın açılış mərasimində iştirak edəcəklər.
Bundan başqa, prezidentlər Cəbrayılda Qumlax dəmir yolu stansiyasının, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təsərrüfatı Təlim Mərkəzinin", "Ağıllı" meşə kompleksinin təməlatma mərasimlərində iştirak edəcəklər.
İki ölkə rəhbəri arasında rəsmi danışıqlardan sonra birgə mətbuat konfransı keçiriləcək. 02D06
-
- İqtisadiyyat
- 20 Oktyabr 2022 13:51
-
- Maliyyə
- 20 Oktyabr 2022 14:53
Siyasət
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
-
Fevralın 6-da hökumətyönlü KİV-lər "Rossotrudniçestvo"nun ölkədəki nümayəndəliyinin Azərbaycanda qeydiyyatı olmadığı üçün, Azərbaycanın bu təşkilatın bağlanmasını tələb etdiyi haqqında məlumat yayıb.
-
Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı (Women Press Freedom) Azərbaycanda jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyib.
-
"Arqument.az" saytının redaktoru Şəmşad Ağa Meydan TV-nin işi üzrə qaçaqmalçılıqda (CM-in 206.3.2-ci mad.) təqsirli bilinib və 2 ay 1 gün müddətinə həbs edilib. Bu qərarı fevralın 6-da Bakının Xətai Rayon Məhkəməsi qəbul edib, bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib.
Rəy yaz