Əliyev və Sərkisyan görüşə razılıq veriblər � ATƏT-in MQ-nun həmsədrləri
Bakı/07.10.17/Turan: ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Endryu Şeffer (ABŞ) bölgəyə səfərlərinin yekununa dair bəyanatla çıxış edib.
Həmsədrlər Azərbaycan və Ermənistanda keçirilən görüşlərdə iki ölkənin başçılarının görüşünə hazırlığı müzakirə ediblər.
Onlar Azərbaycan və Ermənistan prezidentləri ilə dövlət başçılarının görüşündə müzakirə oluna biləcək məsələlər barədə fikir mübadiləsi aparıblar. "Hər iki prezident münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesində yenidən iştirak etməyə hazır olduğunu bildirib", - deyə bəyanatda bildirilir.
Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı məlumatı tərəflər yaxın vaxtlarda açıqlayacaq.-0-
-
- Foto sessiyalar
- 7 Oktyabr 2017 19:09
-
- Siyasət
- 7 Oktyabr 2017 22:47
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz