Elmar Məmmədyarov Fiona Hill ilə görüşüb
Bakı/18.02.19/Turan: Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill ilə görüşüb.
Rəsmi məlumata görə, E.Məmmədyarov və F.Hill ikitərəfli dialoq və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə Amerika tərəfini məlumatlandırıb, münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əmin- amanlığı təmin edəcəyini vurğulayıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb. Məlumatı Azərbaycan XİN mətbuat xidməti yayıb.-06D-
Siyasət
-
2024-cü ilin noyabrına olan rəsmi məlumata əsasən, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Agentliyi (ICE) tərəfindən yekun deportasiya əmri alan 1,4 milyon ABŞ vətəndaşı olmayan şəxsin arasında 700-dən çox Azərbaycan vətəndaşı var.
-
Gürcü Arzusu Avropa Şurası Parlament Assambleyasında işini dayandırır. Bu barədə Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
-
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 25 saylı məntəqəsində səsvermə bitdiyinə baxmayaraq 1 saatdan çoxdur seçki qutuları açılmadığı, səssayma aparılmadığı bildirilir.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri aşağı seçici fəallığı və ciddi mübahisələr fonunda keçirildi. Seçicilər saat 08:00-dan 19:00-a qədər səs verdilər. Mərkəzi Seçki Komissiyası (MSK) prosesin problemsiz keçdiyini bildirsə də, müstəqil müşahidəçilər və müxalifət nümayəndələri seçkilərin şəffaflığı və inklüzivliyi ilə bağlı narahatlıqlarını ifadə etdilər.
Rəy yaz